“Fənərbaxça”dan gözlənilməz transfer
“Mançester Siti”nin qapıçısı Ederson “Fənərbaxça”ya keçib. Msport.az xəbər verir ki, uzun müddət idi ki, braziliyalı qolkiperin “Qalatasaray”a yollanacağı deyilirdi.
Ederson “şəhərlilər”in heyətində 18 titul qazanıb. 32 yaşlı futbolçu 2017-ci ildən İngiltərə klubunda çıxış edirdi.
“Fənər” braziliyalı qapıçı ilə 3+1 illik müqavilə imzalayıb. O, İstanbul klubunda ilinə 11 milyon avro maaş alacaq.