featured-image-41947

Ötən ilin yayında “Neftçi”dən ayrılaraq Serbiyanın “Partizan” komandasına keçən braziliyalı hücumçu Mateus Saldanya karyerasını Türkiyədə davam etdirə bilər.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, braziliyalı hücumçu “Fənərbağça”nın maraq dairəsinə düşüb.

Hətta İstanbul təmsilçisinin 24 yaşlı forvardla danışıqlara başladığı iddia olunur.

Qeyd edək ki, Mateus Saldanya ötən ilin yanvarından yaya kimi “Neftçi”nin formasını geyinib.

Bənzər xəbərlər