featured-image-13690

“Fənərbaxça”nın sabiq baş məşqçisi Filip Koku “Vitess”in “sükanı” arxasına keçib.

Msport.az Niderland klubunun rəsmi sayına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssislə 2024-cü ilin yayına kimi müqavilə imzalanıb.

Kokunun son iş yeri 2020-ci ilin noyabrında istefaya göndərildiyi “Derbi Kaunti” olub.

“Barselona”nın sabiq futbolçusu baş məşqçi postunda “Bohum”a gedən Tomas Leçi əvəzləyib.

Niderland millisinin kapitanı olmuş Koku “Fənər”dən başqa, PSV-də də işləyib. O, PSV-də 3 dəfə Niderland çempionu olub. Bir dəfə ölkə kubokunu, bir dəfə də superkuboku qazanıb.

Koku 1990-1995-ci illərdə “Vitess”in formasını geyinib.

Bənzər xəbərlər