featured-image-68397

“Ferensvaroş”un baş məşqçisi Robbi Kin UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a rəqib olmalarına münasibət bildirib.

Msport.az xəbər verir ki, Macarıstan klubunun çalışdırıcısı Bolqarıstan təmsilçisi “Ludoqorets”i mübarizədən kənarlaşdırmaları barədə də danışıb:

“Bu andan həzz almalıyıq. Çünki növbəti oyun bizim üçün məyusedici ola bilər. Komandamız bu sevincə layiqdir. Xüsusən də, ikinci hissədəki oyuna görə. Azarkeşləri də qeyd etməliyəm. Onların bizə enerji verdiyini hiss etdik”.

45 yaşlı mütəxəssis Çempionlar Liqasında Liqa mərhələsinə vəsiqə qazanma ehtimalına da toxunub: “Oyunçulara dedim ki, bu himni dəfələrlə dinləmək istəyirsinizsə, masaya nə qoymalı olduğunuzu bilməlisiniz. Bu səviyyədə təhlükənin nə olduğunu hər kəs çox yaxşı bilir. Mən Çempionlar Liqasında oynamışam, bunun nə olduğunu bilirəm. Futbolçularımın da bunu hiss etmələrini istəyirəm”.

Qeyd edək ki, “Qarabağ” “Ferensvaroş”la ilk oyununu avqustun 19-da səfərdə, cavab görüşünü isə ayın 27-də evdə keçirəcək.

Bənzər xəbərlər