featured-image-69299

Bu gün milli komandamızın baş məşqçisi postundan göndərilən Fernandu Santuşun vida müraciəti yayılıb. Msport.az xəbər verir ki, müraciət Portuqaliya mətbuatında (A Bola nəşri) yayılıb:

“AFFA Prezidentinə mənə göstərdiyi hörmət və şəxsi diqqət üçün təşəkkürümü bildirməliyəm. Azərbaycan xalqına da bu müddət ərzində göstərdikləri qonaqpərvərliyə və qayğıya görə minnətdaram. Azərbaycan Futbol Federasiyası tərəfindən 2024-cü ilin iyun ayında mənə verilən əsas vəzifə ölkə futbolunun texniki və infrastruktur baxımından təməllərini yenidən qurmaq, yarış sistemlərini və akademik hazırlığı inkişaf etdirməklə 2028 Avropa Çempionatının seçmə mərhələsində rəqabətədavamlı bir komanda yaratmaq idi.

Mən 2024-cü ilin sentyabr ayında, işlədiyim digər federasiyalarda hazırladığım layihələrə bənzər, lakin uyğunlaşdırılmış geniş bir plan təqdim etdim. Ümid edirəm ki, bu layihə AFFA üçün faydalı olacaq və lazım olan investisiyanı təşviq edəcək, beləliklə futbol istedadlarının yetişdirilməsinə və inkişafına şərait yaradacaq, gələcəkdə daha yaxşı nəticələr əldə olunmasına imkan verəcək. Hamınıza ən böyük uğurlar arzulayıram”.

Bənzər xəbərlər