featured-image-72089

FİFA inkişaf etməkdə olan ölkələrə yardım çərçivəsində Səudiyyə İnkişaf Fondundan 1 milyard avro məbləğində vəsait alıb.

Msport.az xəbər verir ki, bu vəsait əsasən futbol infrastrukturunun gücləndirilməsinə, yeni stadionların tikintisinə və mövcud arenaların yenidən qurulmasına yönəldiləcək.

FİFA prezidenti Canni İnfantino maliyyə yardımı ilə bağlı belə deyib: “Bu razılaşma üzv-assosiasiyalarımız üçün şərait yaratmaq yolunda elə bir mühüm addımdır ki, futbol həqiqətən də qlobal idman növünə çevrilsin”.

2034-cü il dünya çempionatına Səudiyyə Ərəbistanı ev sahibliyi edəcək. 2026-cı ildə isə mundial tarixdə ilk dəfə olaraq üç ölkədə – ABŞ, Kanada və Meksikada keçiriləcək.

Bənzər xəbərlər