FİFA Konqressində qalmaqal - VİDEO
FİFA-nın Kanadada keçirilən konqressində qalmaqal baş verib.
Msport.az xəbər verir ki, dünya futbol qurumunun rəhbəri Canni İnfantino İsrail və Fələstin Futbol Federasiyalarının prezidentlərini səhnəyə dəvət edərək onların bir-birlərinin əllərini sıxmasını istəyib.
Lakin Fələstin Federasiyasının rəhbəri Cibril Racub bundan imtina edib və “biz zülüm çəkirik” deyərək səhnəni tərk edib.
Sonra Racub bildirib ki, “soyqırım həyata keçirən faşist hökumətinin nümayəndəsinin əlini sıxmayacaq”.







