FİFA Namikə görə “Bursaspor”u ağır cəzalandırdı
FIFA Türkiyənin “Bursaspor” klubuna ağır cəza verib.
Msport.az xəbər verir ki, ali futbol qurumu II Liqa təmsilçisinə transfer qadağası tətbiq edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Timsahlar” növbəti iki transfer pəncərəsi zamanı heyətinə yeni oyunçu qata bilməyəcək.
“Bursaspor”un cəza almasının səbəbi klubun bir neçə futbolçuya borcunun olmasıdır. Açıqlamada bildirilib ki, “ağ-yaşıllar” Tim Matavz, Reqi Ofosu Baah, Luka Çapan və Azərbaycan millisinin üzvü Namik Ələskərovla müqavilələri ləğv edərken qanunsuzluğa yol verib.
Namik Ələskərov 2021/2022 mövsümünü “Bursaspor”da keçirib. 27 yaşlı vinger Türkiyə klubunun heyətində meydana çıxdığı 33 rəsmi matçda 6 qol vurub.