featured-image-42036

Bu gün FIFA-nın ilin ən yaxşılarına təqdim etdiyi “The Best” mükafatının sahibi müəyyənləşəcək.

Msport.az xəbər verir ki, 2023-cü ilin fərqlənən futbol adamlarının mükafatlandırılacağı mərasim İngiltərənin paytaxtı Londonda keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Ötən ilin ən yaxşı futbolçusu adına İngiltərənin “Mançester Siti” klubunun norveçli hücumçusu Erlinq Holann, Fransa PSJ-sinin forvardı Kilian Mbappe, ABŞ-ın “İnter Mayami” komandasının argentinalı ulduzu Lionel Messi iddia edir.

Nominasiyalar üzrə namizədlər aşağıdakılardır:

Ən yaxşı kişi futbolçu

Erlinq Holann (“Mançester Siti” / Norveç)

Kilian Mbappe (PSJ / Fransa)

Lionel Messi (“İnter Mayami” / Argentina)

Ən yaxşı qadın futbolçu

Aytana Bonmati (“Barselona”, İspaniya)

Linda Kaysedo (“Deportivo Kali”, “Real Madrid” / Kolumbiya)

Cenni Ermoso (“Paçuka” / İspaniya)

Ən yaxşı kişi baş məşqçi

Xosep Qvardiola (“Mançester Siti” / İspaniya)

Simone İnzagi (“İnter” / İtaliya)

Luçano Spaletti (“Napoli” / İtaliya)

Ən yaxşı qadın baş məşqçi

Conatan Xiraldes (“Barselona” / İspaniya)

Emma Heyz (“Çelsi” / İngiltərə)

Sarina Viqman (İngiltərə millisi / İngiltərə)

Ən yaxşı kişi qapıçı

Yassin Bunu (“Sevilya”, “Əl-Hilal” / Mərakeş)

Tibo Kurtua (“Real Madrid” / Belçika)

Ederson (“Mançester Siti” / Braziliya)

Ən yaxşı qadın qapıçı

Makkenzi Arnold (“Vest Hem” / Avstraliya)

Kata Koll (“Barselona” / İspaniya)

Meri Erps (“Mançester Yunayted” / İngiltərə)

“Puşkaş mükafatı”na namizədlər

Xulio Ensiso – “Brayton”un heyətində “Mançester Siti”yə vurduğu qol

Gilyerme Madruqa – “Botafoqo”nun heyətində “Novorizontino”ya vurduğu qol

Bənzər xəbərlər