featured-image-45946

Azərbaycanın FIFA referisi Fəridə Lütfəliyeva beynəlxalq təyinat alıb.

Msport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, qadın futbolçulardan ibarət Monteneqro və Andorra komandaları arasında keçiriləcək Avropa çempionatının seçmə mərhələ oyununu idarə edəcək.

Lütfəliyevaya Sevda Nuriyeva və Gülnurə Əkbərzadə köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını maltalı Joanna Vassallo yerinə yetirəcək.

Qeyd edək ki, C Liqasının 3-cü qrupunun oyunu aprelin 5-də Monteneqronun Podqoritsa şəhərində, Bakı vaxtı ilə saat 18:30-da başlanacaq.

Bənzər xəbərlər