featured-image-72101

FİFA İntizam Komitəsi Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldunu 1 oyunluq diskvalifikasiya edib.

Msport.az xəbər verir ki, ulduz futbolçu DÇ-2026-nın seçmə mərhələsinin 5-ci turunda İrlandiya ilə matçda (2:0) qırmızı vərəqə almışdı.

40 yaşlı hücumçu artıq cəzasını başa vurub. O, Ermənistanla matçı (9:1) buraxmışdı.

Beləliklə, Ronaldu dünya çempionatının final mərhələsində ilk oyunda meydana çıxa biləcək.

Xatırladaq ki, forvard İrlandiya millisinin üzvü Darı Oşiyə dirsəklə zərbə endirdiyi üçün qırmızı vərəqə ilə cəzalanmışdı.

Bənzər xəbərlər