featured-image-18858

“Zirə”nin braziliyalı hücumçusu Filipe Paxtmanın Msport.az saytına müsahibəsi

– Yenicə formaya düşürdünüz ki, yenə zədələndiniz. Belə tez- tez sıradan çıxmağınız nə ilə bağlıdır?

– Uzun müddət oyunlardan kənarda qaldım. Fikrimcə, əsas səbəb budur. İdeal fiziki formamı bərpa etmək üçün öz üzərimdə çox çalışmalıyam.

– Bəlkə Premyer Liqada rəqiblər sizə qarşı çox kobud oynayırlar…

– Mən belə düşünmürəm. Rəqiblər meydanda bir futbol oyununda nəzərdə tutulmuş zəruri olan nə varsa, onu edirlər.

–  Hazırda zədə ilə bağlı durumunuz necədir?

– Günü-gündən daha yaxşı oluram. İnanıram ki, tezliklə sıraya qayıdacağam.

– Tez-tez zədələnməyinizə baxmayaraq, Rəşad Sadıqov hələ də inanır ki, siz öz potensialınızı tam açacaqsınız. Bəs özünüz necə, özünüzə bu qədər inanırsınız?

– Təbii ki. Mən də buna inanıram. Çünki yaşım azdır. Gələcəkdə daha yaxşı işlər görə bilərəm.

– Bu cür zədələr sizi psixoloji cəhətdən yormur?

– Futbolun ən pis tərəfi zədələrdir. Bu çətin mərhələni adlayıb, heç bir narahatlıq hiss etmədən yenidən oyunlarda çıxış etmək istəyirəm.

– “Zirə” nin bu mövsümkü çıxışını necə dəyərləndirirsiniz?

– Yaxşı komanda olduğumuz qənaətindəyəm. Məqsədlərimiz üçün mübarizə aparmaq iqtidarındayıq.

– Qarşıda “Neftçi” ilə Azərbaycan Kubokunda 1/4 finalın cavab matçı var. Bu oyundan nə gözləyirsiniz?

– Bizi olduqca çətin qarşılaşma gözləyir. Ammma əlimizdən gələnin ən yaxşısını etdiyimiz halda, bu oyundan qələbə ilə ayrıla bilərik.

Braziliyanın dünya çempionatında 1/4 finalda vidalaşması barədə nə deyə bilərsiniz?

– Həmişə Braziliyanın dünya kubokunu qazanmasını istəmişəm. Keyfiyyətli futbolcularımız var. Amma mübarizəni dayandırdıq. Buna görə təəssüflənirəm.

Bənzər xəbərlər