featured-image-84546

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq “Atletiko” ilə qarşılaşmada əsas heyətdə meydana çıxmağa hazır olduğunu açıqlayıb.

Msport.az xəbər verir ki, 3 aylıq zədədən sonra yaşıl meydanlara qayıdan niderlandlı futbolçu artıq özünü yaxşı hiss etdiyini və ilk dəqiqələrdən oynamaq istədiyini bildirib.

Lakin “Barselona”nın baş məşqçisi Hans-Diter Flik futbolçunun tam hazır olmadığını düşünür. Rodrinin zədələnməsi kataloniyalıların yarımmüdafiəsində dəyişiklikləri gündəmə gətirib. Flikin qarşısında Mark Bernala güvənmək və ya De Yonqu əsas heyətə qaytarmaq variantları var.

Qeyd edək ki, niderlandlı futbolçu son oyunlarda müxtəlif mövqelərdə çıxış edib.

Bənzər xəbərlər