Finalissimanın vaxtı dəyişdirildi
FIFA Finalissimanın ilkin olaraq planlaşdırılan tarixini 28 mart 2026-cı ildən 27 marta dəyişdirmək qərarına gəlib.
Msport.az xəbər verir ki, Finalissima Avropa Çempionatı (İspaniya) və Amerika Kuboku (Argentina) qalibləri arasında tək oyunlu turnirdir.
Matçın Qətərdəki “Lusail” stadionunda keçirilməsi planlaşdırılır. FIFA matçı “böyük final” kimi hiss etdirmək istəyir. Lakin vurğulanır ki, hər şey İspaniyanın 2026-cı il dünya çempionatına birbaşa vəsiqə qazanmasından asılı olacaq.
Əgər “La Furia Roha” mart ayında keçiriləcək dünya çempionatının seçmə mərhələsinin pley-off mərhələsində iştirak edərsə, Finalissima baş tutmayacaq.







