featured-image-66767

“Araz-Naxçıvan”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Aris” daha bir oyunçunu heyətinə qatıb.

Msport.az xəbər verir ki, Yunanıstan klubu Finlandiya millisinin yarımmüdafiəçisi Fredrik Yensenlə anlaşıb.

Almaniyanın “Auqsburq” klubunda 7 il çıxış etdikdən sonra başa çatan müqaviləsini yeniləməyən 27 yaşlı yarımmüdafiəçi “Aris”lə 3 illik müqaviləni razılaşdırıb. Yeni komandasına azad agent kimi keçən pleymeyker klubu tərk edən Vladimir Daridanın boşluğunu doldurub.

“Tvente”nin yetirməsi olan Fredrik Yensen karyerasının ən yaxşı dönəmlərini keçirir. “Auqsburq”un heyətində 100-dən çox oyun keçirən yarımmüdafiəçinin hazırkı transfer dəyəri 3,5 milyon avro göstərilir.

Qeyd edək ki, “Araz-Naxçıvan” “Aris”lə ilk oyununu iyulun 24-də evdə, cavab görüşün isə ayın 31-də səfərdə keçirəcək.

Bənzər xəbərlər