featured-image-46359

“Forza Neftçi” Azarkeş Qrupu “Neftçi”nin əsas komandasının oyunlarını boykot etsə də, əvəzedicilərə dəstək verməkdə davam edir.

Msport.az xəbər verir ki, “ağ-qaralar”ın fanatları bu dəfə əvəzedicilər liqasında “Neftçi-2” – “Sumqayıt-2” matçında tribunada öz yerlərini alıblar.

Düzdür, bu dəstək də “Neftçi”nin ikinci komandasına kömək etməyib. “Sumqayıt” səfər matçında 3:1 hesabı ilə qələbə qazanıb. Lakin buna baxmayaraq, “Forza Neftçi” “Neftçi-2″nin oyunundan razı qalıb:

“Bu gün meydandan məğlub ayrılsaz belə, sona qədər döyüşən, canını qoyan hər biriniz bizim üçün qalibsiniz”.

Bənzər xəbərlər