Frank Kessyeyə Super Liqadan təklif
“Əl-Əhli”nin yarımmüdafiəçisi Frank Kessye karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Msport.az xəbər verir ki, “Qalatasaray” Fil Dişi Sahili milli komandasının üzvünün xidmətində maraqlıdır.
İstanbul nəhəngi 29 Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi yayda başa çatan 29 yaşlı futbolçu üçün 5 milyon avroluq təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, “Əl-Əhli” Frank Kessyeni 2023-cü ilin yayında “Barselona”dan 25 milyon avroya transfer edib. Təcrübəli oyunçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 24 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.







