featured-image-70433

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Paris şəhərindəki “Park de Prens” stadionunda keçiriləcək Fransa – Azərbaycan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı açıqlanıb.

Msport.az xəbər verir ki, komandalar matçdan bir gün əvvəl son hazırlıqlarını görəcəklər. Millimizin baş məşqçisi Ayxan Abbasov Bakı vaxtı ilə saat 21:30-da mətbuat önünə çıxacaq. Bundan yarım saat sonra komanda məşq keçəcək.

Didye Deşam isə daha erkən saatlarda – Bakı vaxtı ilə saat 14:15-də mətbuat konfransı keçirəcək. Fransızların məşqi isə saat 20:00-a planlaşdırılıb.

Bənzər xəbərlər