featured-image-70421

DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi ilə üz-üzə gələcək Fransa yığmasının heyətində dəyişiklik edilib.

Msport.az xəbər verir ki, bu barədə yerli federasiya məlumat yayıb.

PSJ-dən heyətə cəlb edilən Bredli Barkola zədəli olduğu üçün komandadan kənarda qalıb. Onu “Lill”də çıxış edən Florian Toven əvəzləyib.

Qeyd edək ki, Fransa millisi oktyabrın 10-da Parisdə Azərbaycan, 13-də isə Reykyavikdə İslandiya ilə üz-üzə gələcək.

Bənzər xəbərlər