featured-image-13647

Gənclər arasında təşkil olunan “Lafarge Foot Avenir” turnirinin final oyunu kütləvi davaya görə yarımçıq dayandırılıb.

Msport.az xəbər verir ki, həlledici matçda Fransa və Polşanın U-18 yığmaları üz-üzə gəlib.

Hesab 3:2 polşalıların xeyrinə olarkən Fransa yığmasının üzvü Darnell Bayl rəqib futbolçunun üzünə başı ilə zərbə endirib. Bundan sonra hər iki komandanın oyunçuları kütləvi davaya başlayıblar. Hakim münaqişəni yaradan Baylı qırmızı vərəqə ilə cəzalandırıb.

Qeyd edək ki, Fransa yığmasında daha 3 nəfər meydandan qovulub.

“Üçrənglilər”in baş məşqçisi Bernar Diomed özünü pis aparan futbolçuların cəzalanacağını deyib. O, bəzi oyunçuların milliyə çağırılmayacağını bəyan edib.

Fransa yığmasının 4 futbolçusu ikinci hissənin 20 dəqiqəsi ərzində meydandan qovulublar. Hakim 4-cü  oyunçuya qırmızı vərəqə göstərdikdən sonra final fitinə 13 dəqiqə qalmış matçı dayandırmağı qərara alıb.

 

Bənzər xəbərlər