featured-image-69891

Fransa millisinin yarımmüdafiəçisi Orelyen Çuameni DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan və İslandiya ilə qarşıdakı oyunları buraxacaq.

Msport.az xəbər verir ki, buna səbəb “Real”ın futbolçusunun cəzasıdır.

İslandiya ilə keçirilən son qarşılaşmada qırmızı vərəqə alan 25 yaşlı oyunçu buna görə 2 matçlıq diskvalifikasiya edilib. Bu da o deməkdir ki, Çuameni oktyabrdakı matçlara çağırılmayacaq. Yarımmüdafiəçi Rayan Şerki və hücumçu Usman Dembele isə zədə səbəbindən qarşıdakı oyunlarda komandaya kömək edə bilməyəcəklər. Digər ön xətt oyunçusu Desire Duenin durumu isə qeyri-müəyyəndir.

Qeyd edək ki, oktyabrın 10-da Parisdə millimizi qəbul edəcək Fransa yığması üç gün sonra Reykyavikdə İslandiyanın qonağı olacaq.

Bənzər xəbərlər