"Frayburq" azarkeşləri "Qarabağ"la oyun haqqında nə düşünür? - 88 faizi qələbəyə inanır
“Frayburq” rəsmi tvitter səhifəsində “Qarabağ”la Avropa Liqasının qrup mərhələsinin oyununun necə bitəcəyinə dair sorğu keçirir.
Msport.az xəbər verir ki, artıq 705 nəfər səsverməyə qatılıb. Onların 88 faizi Almaniya klubunun qalib gələcəyini düşünür. 6 faiz elə hesab edir ki, matç heç-heçə başa çatacaq, bir o qədər də insan “Qarabağ”ın bu görüşdə qalib gələcəyini proqnozlaşdırır.
Maraqlıdır ki, “Frayburq” azarkeşlərindən biri komandasının 8:0 hesabı ilə qalib gələcəyini yazıb. Digər fanat isə söz verib ki, 8:0-lıq nəticə olsa, sizə “Frayburq” forması hədiyyə edəcəm.
Sosial şəbəkə istifadəçilərindən 4:0, 2:0, 4:1 3:1 hesablarını proqnozlaşdıranlar da var.
Magl nikli istifadəçi isə “yaxşı oynasaq, 1:0 ancaq udarıq” yazıb.








