featured-image-83704

“Çelsi” “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqu transfer etməkdə maraqlıdır.

Msport.az xəbər verir ki, London təmsilçisi 29 yaşlı niderlandlı futbolçunu 2027-ci ilin yanvarında heyətinə qatmaq niyyətindədir.

“Çelsi” rəhbərliyi de Yonqu İngiltərə Premyer Liqasına gəlməyə razı salmaq üçün ona yüksək məbləğli müqavilə təklif etməyə hazırdır. Bununla belə, mümkün transferin maliyyə detalları, o cümlədən keçid məbləği və futbolçunun şəxsi müqaviləsinin şərtləri hələlik açıqlanmayıb.

Klublar arasında danışıqların aparıldığına dair də rəsmi təsdiq yoxdur.

Bənzər xəbərlər