featured-image-49057

“Çox şadam, çünki yaxşı başlamaq vacibdir. Məşqçinin taktikasını da bəyəndim”.

Msport.az xəbər verir ki, bunu Albaniya millisinin futbolçusu Armando Broxa deyib.

O, Azərbaycanla oyun öncəsi Lixtenşteynə 3:0 hesabı ilə qalib gəldikləri matçı şərh edib. “Fulhem”in formasını geyinən hücumçu bildirib ki, növbəti görüşdə də qələbə arzusundadırlar: “Millidə atmosfer əladır. Biz birlikdə çox məşq etdik, qələbə qazandıq, hamı xoşbəxtdir.  Azərbaycana qarşı matç daha çətin olacaq, amma buna hazırlaşacağıq. Ümid edirəm ki, qalib gəlib Avropa çempionatına yaxşı formada yollanacağıq”.

Qeyd edək ki, iyunun 7-də keçiriləcək Albaniya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Görüş Macarıstanda keçiriləcək.

Bənzər xəbərlər