“Futbol dünyası “Qarabağ”dan belə nəticə gözləmirdi” – Lunyovun agenti
“Andrey və “Qarabağ”ı “Braqa” üzərində qazandıqları qələbə münasibəti ilə təbrik edirəm. Amma rahatlaşmaq olmaz, çünki hər şeyin həll olunacağı ikinci matç var”.
Msport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Andrey Lunyovun agenti Anton Smirnov “Championat” nəşrinə açıqlamasında deyib.
O bildirib ki, futbol dünyası belə nəticə gözləmirdi: “Düşünürəm ki, bu, son avrokubok günlərində ən sensasiyalı nəticədir. “Qarabağ” xüsusilə ikinci hissədə heyranedici oyun nümayiş etdirdi. Əks-hücumlarda nümunəvi oyun sərgilədilər. Matç ərzində “Braqa”ya bircə dəfə də 100 faizlik qol şansı yaratmağa imkan verilmədi. Buraxılan ilk qol öz günahları idi. Cərimə meydançasında iki zərbəyə icazə verdilər. Avropanın ilk “altığı” arasında göstərilən çempionatda dördüncü yeri tutan komanda ilə səfərdə belə qarşılaşma “Qarabağ”ın səviyyəsinin göstəricisidir”.
Lunyovun çıxışına da toxunan agenti rusiyalı qolkiperin ilk hissədə bir az görgin olduğunu və bəzi səhvlərə yol verdiyini etiraf edib: “İkinci hissədə isə yaxşı təsir bağışladı. Oyuna kökləndi və əsəbilik getdi. Və tamamilə qüsursuz oynadı. Nəticədə komandada ən yüksək qiymətlərdən birini aldı”.
Qeyd edək ki, cavab oyunu fevralın 22-də Bakıda olacaq.