featured-image-46211

“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının 29-cu turunda öz meydanında “Kəpəz”ə 1:2 hesabı ilə uduzub.

Msport.az xəbər verir ki, Naxçıvan klubunun baş məşqçisi Azər Bağırov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

– İlk hissədə normal futbol oynadıq. Çoxlu qol epizodları yaratdıq. İkinci hissədə qapımıza iki zərbə var və məğlub olduq. Həqiqətən üzücüdür. Futbolçular bəzi şeyləri fikirləşməlidir.

– Nələri fikirləşməlidir?

-Çox bəsit qollar buraxırıq. Qapıya iki zərbə var, ikisi də qoldur. Futbolçular dediklərimizi meydanda icra etmirlər. Əsasən də müdafiə xəttində. Deyiləsi çox söz yoxdur.

Bənzər xəbərlər