featured-image-47592

“Sumqayıt” Azərbaycan Premyer Liqasının XXXIII turunda səfərdə “Kəpəz”lə 1:1 hesablı heç-heçə edib.

Msport.az xəbər verir ki, qonaq komandanın baş məşqçisi Samir Abasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Azarkeşlərimizə təşəkkür edirəm. Tovuz çox ağır səfərdir. İki həftə əvvəl də burada olmuşuq. Futbolçularım ağır görünürdü. Oyunun əvvəlində 1-2 epizod yaratdıq. Təəssüf ki, ağır hərəkət etməyimiz, gec qərarlar verməyimiz istədiyimiz kimi oynamağa imkan vermədi. Amma səfərdə 1 xal qazana bildik. Digər oyunlara yaxşı hazırlaşacağıq. Bu gün bir çox şey məni razı salmadı. Müdafiəçilərimiz ən pis oyunlarını keçirdilər. “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər.

– 2 xal itirdiniz, yoxsa 1 xal qazandınız?

– Bilmirəm. Oyunun gedişatı heç üzəyimcə deyildi. Özümüz gərginlik yaradırdıq. İtirdiyimizi və ya qazandığımızı növbəti üç oyundan sonra biləcəyik.

– Oyunun bu qədər gərgin keçməyi, sizcə, anormal deyil?

– “Kəpəz” evdə oynayır, azarkeşlər öz komandalarını dəstəkləyirlər. Bunun yaxşı tərəfi də var. Bizim oyunçular da ayılırlar. Gərginliyin haradan irəli gəldiyini bilmirəm. Futbolçular udmaq istəyirdi. Rəqib futbolçuları qınaya bilmərəm.

– Sizcə, “Kəpəz” “Zirə” və “Neftçi”yə qarşı da belə oynayacaq?

– Oynayacaqlar. Amma bütün aparıcı oyunçuları qırmızı vərəqə aldı. Bu, öz təsirini göstərəcək.

– Komanda son üç oyunda təzyiqin altından çıxa biləcək?

– Biz çox planları pozmuşuq. Düşünürlər ki, bu imkanlarla necə olur, “Sumqayıt” bu yerdədir. Amma biz bu təzyiqin altından çıxmalıyıq.

Bənzər xəbərlər