featured-image-47868

“Danışılası çox şey yoxdur. Uduzduq. Bu məğlubiyyətdən gələcək oyunlar üçün dərs çıxarmalıyıq. Sadəcə sürətimiz çatmadı. İlk hissədə sürətli çıxışlarımız oldu, qol epizodları yaratdıq. İkinci hissədə sürətimiz düşdü və sürətsizliyə görə nəticə belə oldu”.

Msport.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Adil Şükürov Premyer Liqanın 34-cü turun “Neftçi” ilə görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

– Əvəzedici heyətin fubolçuları üç aydır ki, maaş almır. Bu məsələ sizi nə qədər narahat edir?

– Elə məsələdir ki, hər kəsi narahat edir. Həll etməyə çalışırıq. Son dönəmlərdə AFFA-nın klublara ayırdığı maliyyənin yarısı yoxdur, yarısı ödənilməyib. Bunların hamısının təsiri var. Təkcə bu ay deyil, o biri aylarda da belə bu cür hallar yaşanıb. Yəni, futbolçuların maaşının gecikməsini  səbəbi də odur. Çalışırıq ki, bu məsələni həll edək.

– Müqaviləniz mövsümün sonuna qədər idi?

– Xeyr, hələ bir il də var. (sportal.az)

Bənzər xəbərlər