Futzal millimiz əsas mərhələdə mübarizəyə başlayır
19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının əsas mərhələsində ilk oyununu keçirəcək.
Msport.az xəbər verir ki, 7-ci qrupda yer alan U-19 Xorvatiyanın Omiş şəhərində Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Ribnjak İdman Sarayında təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
26 mart
19:00. Bosniya və Herseqovina (U-19. Futzal) – Azərbaycan (U-19. Futzal)
Hakimlər: Rastislav Behancin (Slovakiya), Liviu Dumitru Chita (Rumıniya), Kastriot Gerxhaliu (İsveç)
Timekeeper: Luka Kovač Levantin (Xorvatiya)
Hakim-inspektor: Victor van Helvoirt (Niderland)
UEFA nümayəndəsi: Fabrizio Di Felice (İtaliya)
Xorvatiya. Ribnjak İdman Sarayı