featured-image-84411

Polşa çempionatında 13-cü tur başa çatıb. 

Msport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” doğma divarlar arasında “Poqon”la qarşılaşıb. Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Start heyətində meydana çıxan Mahir 71-ci dəqiqədə əvəzlənib. O, 40-cı dəqiqədə komandasına penalti qazandırsa da, Lamin Diabi Fadiqa bundan istifadə edə bilməyib.  Buna baxmayaraq, Emreli komandasının ilk qolunda məhsuldar ötürmə müəllifi olub.

“Rakuv” – “Poqon” – 3:1
Qollar:
Çurlinov, 5 (0:1), Makuç, 47 (1:1), Rakovitan, 73 (2:1), Pienko, 90+7 (3:1)

Qeyd edək ki, mövsümdə üçüncü qələbəsini qazanan “Rakov” xallarını sayını 9-a çatdırıb və sonuncu pillədən qurtulub. Komanda hazırda turnir cədvəlində 17-cidir.

 

Bənzər xəbərlər