featured-image-84434

Ukraynanın “Aleksandriya” klubunun üzvü Əli Xəlilov Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasına dəvət olunub.

Msport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

19 yaşlı yarımmüdafiəçi yığmamızın noyabrın 9-dan 17-dək Bakıda keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək. U-21 toplanış çərçivəsində noyabrın 14-də və 17-də Omanın U-23 millisi ilə 2 yoxlama oyunu keçirəcək.

Qeyd edək ki, Dnepropetrovsk şəhərində anadan olan Xəlilov Ukraynanın U-17 millisində 3 oyunda meydana çıxıb. O, “Aleksandriya-2″nin heyətində bu mövsüm II Liqada 8 oyunda 2 qol vurub.

 

 

 

Bənzər xəbərlər