featured-image-8847

Moskva “Dinamo”sunun futbolçusu Gilyermo Varela heç kimə xəbər etmədən gecə ilə klubun düşərgəsindən qaçıb. Msport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, böyük ehtimalla karyerasını “Flamenqo”da davam etdirəcək. Müdafiəçinin “Dinamo” ilə müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.

Moskva klubu Varela ilə anlaşmanın uzadılmasına dair danışıq aparırmış. Onun “Torpedo”ya qarşı bu gün keçiriləcək oyunda start heyətində meydana çıxması gözlənilirmiş.

Hazırda futbolçu klubdan gələn zənglərə cavab vermir və onun harada olduğu bilinmir.

Bənzər xəbərlər