“Gəncəbasar” Mingəçevir səfərində, “Şahdağ Qusar” “Şimal”a qarşı
Futbol üzrə Azərbaycan I Liqasında 3-cü turun oyunları davam edir.
Msport.az xəbər verir ki, bu gün daha 3 görüş keçiriləcək.
Çempionatın favoritlərindən “Səbail” autsayder “Baku Sportinq”in qonağı olacaq. Dünən heyətinə 2 yeni legioner cəlb edən “Gəncəbasar” isə səfərdə “Mingəçevir”lə üz-üzə gələcək.
17 senntyabr
16:30. “Şimal” = “Şahdağ Qusar”
Şamaxı OİK stadionu
16:30. “Baku Sportinq” – “Səbail”
“Baku Sportinq Arena”
16:30. Mingəçevir” – “Gəncəbasar”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu







