featured-image-39551

“Çox parlaq oyun gördük. Gərgin və emosional matç oldu”.

Msport.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının XIII turunda səfərdə “Turan Tovuz”a 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis bildirib ki, bugünkü matçda meydan sahibləri də qələbə qazana bilərdi: “Çox sayda qol imkanları oldu. Xarakter göstərdik və vacib qələbə qazandıq”.

O, het-trik edən Davit Volkovun çıxışını da dəyərləndirib: “Həmişə öz keyfiyyətlərini göstərir. Məşqlərdə yaxşı çıxış edir. Startda olmasa da, özünü göstərməyi bacarır”.

Uzun müddətdən sonra qapıda Nicat Mehbalıyevin dayanmasına aydınlıq gətirən Musayev qolkiperin çıxışından razı qalıb: “Əlbəttə, onun bu gün qələbə ilə başlaması önəmli idi. İnamlı oyun sərgilədi. Matçdan sonra onu təbrik etdim”.

Baş məşqçi komandasının sabit oyun sərgiləyə bilməməsinin səbəbini də açıqlayıb: “Əvvəlki matçda hakimin peşəkarlığı çatmadı. Ondan öncə isə özümüzdə günah var. Stabillik çatışmır, çalışacağıq, düzələk”.

Bənzər xəbərlər