Hakimi Afrika Millətlər Kubokundan imtina etdi
Mərakeş millisinin lideri Əşrəf Hakimi Afrika Millətlər Kubokunun titulundan imtina edib.
Msport.az xəbər verir ki, PSJ-nin futbolçusu bu mükafatı almalarının doğru olmadığını billdirib:
“Anam mənə dedi ki, tituldan imtina elə. Mən rəsmən tituldan imtina edirəm və ümid edirəm ki, komanda yoldaşlarım da eyni addımı atacaqlar. Biz qalib gəlmək şansımız var idi, lakin onu əldən verdik. Futbol belədir: bəzən qalib gəlirsən, bəzən uduzursan. Afrika Futbol Konfederasiyasının qərarına hörmətlə yanaşıram, lakin rəsmi şəkildə kubokdan imtina edirəm. Mən 2025-ci ildə Afrika Millətlər Kubokunu qazanmamışam. Bir daha Seneqalı təbrik edirəm!”.
Xatırladaq ki, finalda Seneqal əlavə vaxtda 1:0 hesabı ilə qalib gəlsə də, sonradan Mərakeş tərəfinin apellyasiyası təmin olunub və Afrika Futbol Konfederasiyası Mərakeşə 3:0 hesablı texniki qələbə verib.







