featured-image-43860

AFFA İntizam Komitəsi hakimləri təhqir edən şəxsləri cəzalandırıb.

Msport.az xəbər verir ki, Region Liqasında çıxış edən “Mil” (Beyləqan) klubunun rəhbəri Röyal Babayev 5 oyunluq diskvalifikasiya edilib. O, “Ümid” komandası ilə görüşdə referini təhqir edib.

Eyni turnirdə mübarizə aparan “Bərdə”nin futbolçusu Rəcəb Zaidov da cəzalanıb. O, “Göyəzən”lə matçda ədalət təmsilçisini təhqir etdiyi üçün 4 oyunluq cəzaya məruz qalıb.

Bənzər xəbərlər