Haland “Mançester Siti” tarixinin 3-cü bombardiri oldu
Erlinq Haland “Mançester Siti” tarixinin ən məhsuldar 3-cü futbolçusu olub.
Msport.az xəbər verir ki, norveçli hücumçu Çempionlar Liqasında “Portu” ilə matçda (2:0) dubl etdikdən sonra klubdakı qollarının sayını 167-yə çatdırıb.
Haland Tommi Consu geridə qoyub – 166 qol.
Siyahıda ikinci yeri Erik Bruk tutur. Onun aktivində 177 qol var.
“Şəhərlilər”in ən çox qol vuran futbolçusu isə Serxio Aquerodur. Argentinalı hücumçu 260 dəfə fərqlənib.
Erlinq Haland 2022-ci ildən “Mançester Siti”də çıxış edir.







