featured-image-82331

“Mançester Siti” Çempionlar Liqasının yeni mövsümündə ilk oyununu səfərdə “Portu”ya qarşı keçirəcək.

Msport.az xəbər verir ki, “Mançester Siti”də bəzi oyunçular əsas heyətdə iştirak edə bilməyəcək.

“Şəhərlilər”in baş məşqçisi Entso Mareska bildirib ki, komandanın sıx oyun qrafiki səbəbindən Erlinq Halandın istirahətə ehtiyacı var. Norveçli hücumçu mövsümün əvvəlindən bütün rəsmi oyunlarda tam dəqiqə meydanda olub və komandasının ilk üç Premyer Liqa qələbəsinin hər birində qol vurub.

Halandın oynamadığı halda Fil Foden, Rayan Şerki və ya Antuan Semenyo hücumun mərkəzində çıxış edə bilər. “Mançester Siti”nin heyətində Jeremi Doku və Niko Orayli də “Portu” ilə oyunu buraxacaq. Doku baldır zədəsi səbəbindən, Orayli isə belində yaranan problemə görə heyətdə yoxdur.

Bənzər xəbərlər