featured-image-72330

“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haland İngiltərə Premyer Liqasında rekorda imza atıb.

Msport.az xəbər verir ki, norveçli hücumçu 111-ci oyununda 100-cü qolunu vurub.

Haland bu nəticəni XIX turda “Fulhem”lə səfər matçında əldə edib. Buna nail olmaq üçün ona 111 oyun lazım olub. Bundan əvvəlki rekord 1995-ci ildə ingilis hücumçu Alan Şirerə məxsus idi. O, turnirdə ilk 100 qolunu 124 oyunda vurub.

Qeyd edək ki, 25 yaşlı Haland 2022-ci ilin iyulunda “Mançester Siti”yə qoşulub. Norveçli futbolçu klubla iki İngiltərə çempionluğu, bir İngiltərə Kuboku, həmçinin Çempionlar Liqası və UEFA Super Kubokunu qazanıb.

Bənzər xəbərlər