featured-image-36461

Azərbaycan Premyer Liqasının V turunun “Sabah” – “Turan Tovuz” oyunundan (0:3) sonra meydan sahiblərinin baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırdı.

Msport.az xəbər verir ki, rusiyalı mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Oyunun taleyini standart vəziyyətlər həll etdi. Biz səhvə yol verdik, rəqib fərqləndi. Bugünkü oyundan, nəticədən razı deyilik. İşləməyə davam edəcəyik.

– Real qol şansı yarada bilmədiz. Hücumun belə dişsiz olması, yarımmüdafiənin bərbadlığı nə ilə bağlıdır?

– Razıyam, böyük problem idi. Oyunu təhlil edəcəyik.

– “Partizan”a məğlubiyyətdən sonra komanda özünə gələ bilmir. Nə qədər vaxt lazımdır?

– Nə qədər vaxt lazım olduğunu deyə bilmərəm.

– Milli komandaların oyunlarına görə yaranacaq fasilənin indi olması xeyrinizədir?

– Fasilənin faydası olacaq. Təhlillər aparacağıq. Bir-iki transfer də ola bilər. Nələrisə düzəltməyə çalışacağıq.

– Komandada gərginlik və aqressiya var. Bunun da oyuna təsir etdiyini düşünürsüz? 

– Razı deyiləm. Bu gün rəqib daha sərt oynayırdı. Amin ötən oyun texniki-taktiki cəhətdən düzgün oynamadı.

– Jesse Sekidikanın adı klubla hallanır… 

– Rəsmi bir şey yoxdur. Nəsə deyə bilmərəm.

– Yusif İmanov son oyunlarda kobud səhvlərlə yadda qaldı. Çempionluğa iddialı olan komanda üçün belə qapıçı nə dərəcə faydalıdır? 

  • – Kimisə günahlandırmaq düzgün olmazdı. Gəncdir, ötən mövsüm yaxşı oyunları olmuşdu. Hamımız səhv edirik, mən özüm də.

– Ötən mövsüm Aleksey İsayev daha çox Mikels və Kaşuka ötürmələr edirdi. Amma indi həmin effekt görünmür. Ola bilərmi ki, Mikels və Kaşukun yoxluğu nəticəyə təsir edir? 

– Mikelsin gedişi gözlənilməz oldu. Onun yerində yarımmüdafiəçi oynadırıq. Həmin mövqeyə transfer gözləyirik. “Sabah”a qarşı bütün komandalar elə bil, ölüm-dirim oyununa çıxır. “Sabah” rəqiblər üçün xüsusi motivasiya yaradır. Təhlillər aparacağıq.

– Ayaz Quliyevin hazırkı durumu nə yerdədir? 

– Hələ forma yığmalıdır. Uzun müddətdir, oynamır. Onun əvvəlki formasını qaytarmaq istəyirik. Yüksək motivasiya ilə komandaya gəlib. Onun fiziki durumunu yaxşı vəziyyətə gətirmək üçün çalışacağıq.

– Ayaz Rusiyada məşqçilərlə gərginlik yaşayıb. Siz də bir az çılğınsız. “İki qoçun başı bir qazanda qaynayacaq?” 

– Ümumi nöqtələr tapa bilərik. Karyeramda belə uşaqlarla çox işləmişəm.

Bənzər xəbərlər