“Hansı rəqiblə qarşılaşacağımızı bilirik” – Karrik “Sabah” haqda
Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Sabah”la keçiriləcək oyundan öncə mətbuat konfransına qatılıb.
Msport.az xəbər verir ki, o, Azərbaycan çempionunu yaxşı tanıdıqlarını deyib.
“Onlar çox yaxşı məşqçi tərəfindən çalışdırılan komandadır. Çox oyunlarda qalib gəliblər və özlərinə inamlıdırlar. Komanda şəklində yaxşı pressinq edirlər. Buna görə də hansı rəqiblə qarşılaşacağımızı bilirik”.
Karrik Çempionlar Liqasında komandasının qarşısına böyük hədəflər qoyduğunu, lakin bununla yanaşı realist olmağın vacibliyini vurğulayıb:
“Turnirdə irəli getmək üçün növbəti addımı atmaq özümüzdən asılıdır. Təvazökar və realist olmalıyıq. Bruno Fernandes indiyədək Çempionlar Liqasında cəmi bir pley-off mərhələsində oynayıb. İrəliləmək bizim əlimizdədir. İstədiyimiz yerə mümkün qədər tez çatmaq istəyirik, amma bunun üçün hansı addımların atılmalı olduğunu da başa düşməliyik. Biz həqiqətən böyük işlər görməyə qadirik. İstənilən rəqiblə qarşılaşıb qalib gələ bilərik”.
Baş məşqçi “Sabah”la görüşdə mümkün rotasiyaya da münasibət bildirib: “Məhz buna görə geniş heyətimiz var. Rəqiblərin müəyyən güclü tərəflərinə və fərqli oyun üslublarına uyğunlaşmalıyıq. Cümə axşamı, sonra çərşənbə günü oynayacağıq. Əsas məsələ heyəti düzgün idarə etmək və futbolçularımıza güvənməkdir. Oynamağa hazır olan hər kəs meydana çıxa bilər”.
Xatırladaq ki, “Mançester Yunayted” – “Sabah” oyunu sentyabrın 10-u “Old Trafford”da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.







