featured-image-29785

“Beşiktaş”ın baş məşqçisi Şenol Güneş “Sabah”la xeyriyyə matçından (3:3) sonra jurnalistlərin suallarını cavablandırıb.

Msport.az xəbər verir ki, təcrübəli mütəxəssis hər iki komandanın açıq futbola üstünlük verdiyini deyib:

“Dostluq matçı üçün Bakıya gəlmişik. “Sabah” klubuna və Azərbaycan xalqına təşəkkür edirik. Burada olduğumuz üçün çox xoşbəxtik. Bütün oyunçulara şans vermək istədik. Burada səmimi münasibət gördük. Belə azarkeşlərə gözəl futbol izlətmək istəyirdik. Biz buraya yardım məqsədi ilə gəlmişik. Belə qarşılaşmaların davamı gəlməlidir. Daha əvvəl verdiyimiz sözü bu gün həyata keçirə bildik. Azərbaycanın bütün komandalarına uğurlar arzulayıram”.

71 yaşlı məşqçi gələcəkdə Bakıda rəsmi oyun keçirə biləcəklərini deyib:
“Türkiyə Superkubokunu və ya hansısa rəsmi oyunu Bakıda keçirmək bizə ancaq xeyir verə bilər”.

Şenol Güneş futbolçu Onur Bulutun görüşün sonlarında halının pisləşdiyini və onun xəstəxanada müayinə olunacağını bildirib. O, “Beşiktaş”ın Azərbaycanda çoxlu azarkeşinin olmasına sevindiyini deyib.

Mütəxəssis hazırda “Sabah”la əməkdaşlıq planlarının olmadığını vurğulayıb.

Bənzər xəbərlər