featured-image-71980

İngiltərə millisinin hücumçusu Harri Keynin “Bayern”i tərk edəcəyinə  dair xəbər yayılıb. Msport.az xəbər verir ki, məşhur insayder Fabritsio Romano məsələ ilə bağlı şərh verib.

Son vaxtlar mətbuatda forvardın gələn il vətəninə qayıdacağına dair xəbərlər yayılıb. 30 yaşlı futbolçuya “Barselona”nın da maraq göstərdiyi deyilir.

Romanonun yazdığına görə, Keyn klubdakı vəziyyətindən razıdır. Hücumçu transfer xəbərlərinə fikir vermir.

Keynin “Bayern”lə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

 

Bənzər xəbərlər