featured-image-71921

“Real”ın qapıçısı Tibo Kurtua klubun baş məşqçisi Xabi Alonsonun bəzi futbolçularla münasibətlərinin pozulmasına xəbərinə münasibət bildirib.

Msport.az xəbər verir ki, İspaniya mətbuatı Madrid təmsilçisinin əksər oyunçularının Xabi Alonsonun iş metodlarından narazı qaldığını yazır. Mənbənin sözlərinə görə, futbolçular məşqçiin bəzi taktiki qərarlarını qəbul etmirlər.

“Özümə gəlincə deyə bilərəm ki, misterlə münasibətlərimin pozulduğunu hiss etmirəm. Ama paltardəyişmə otağında həmişə narazı futbolçular olur. Sadəcə oynamadıqları üçün, ya da istədikləri mövqedə oynamadıqlarına görə.

Amma biz belə məsələləri həmişə üzbəüz müzakirə edirik. Mən hər hansı problemin olduğunu hiss etməmişəm. Deyə bilərəm ki, bütün bunlar doğru deyil. Səs-küy yaratmaq üçün adi bəhanədir” – Kurtua belə deyib.

Bənzər xəbərlər