featured-image-12575

Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində keçirilən “Sumqayıt” – “Şamaxı” oyunundan (1:1) sonra meydan sahiblərinin baş məşqçisi Aleksey Baqa fikirlərini bildirib.

Msport.az xəbər verir ki, belaruslu mütəxəssis komandasının realizə probleminin qaldığını deyib:

“Qalib gəlmək üçün yəqin ki, 1 qoldan çox vurmaq lazımdır. Bu gün altıncı oyunda ilk addımı ata bildik. Görünür, qələbə qazanmaq üçün daha çox fərqlənmək lazım idi. Buna nail ola bilmədik. Hərçənd qol epizodlarımız var idi”.

Baqa “komanda hələ də oyun vəziyyətindən qol vura bilməyib, bu nə vaxtadək davam edəcək” sualını belə cavablandırıb:

“Hər oyundan sonra məndən eyni şeyi soruşurlar. Bunun kompleks səbəbləri var. Rəqibin yaxşı oyunu, rəqib qapıçının inamlı olması, bizim ustalıq səviyyəsi… Hər dəfə eyni şeydən danışmaq…

Mən elə fikirləşirəm ki, bu suala cavab yoxdur. Necə cavab verəsən ki, bir oyunda 5 qol vura bilərsən, elə görüş də ola bilər ki, bir top  qələbəyə bəs edər, sonra da heç fərqlənməyəsən. Bu futboldur, burda işləməkdən, komandada bir-birinə inanmaqdan başqa resept yoxdur”. (CBC Sport)

Bənzər xəbərlər