"Hər şeyə yol verilmir - adın Mourinyo olsa belə" - Dieqo Simeone
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasının 7-ci turunun “Real”la oyunundan (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
Msport.az xəbər verir ki, argentinalı mütəxəssis Joze Mourinyonun hakimləri tənqid etməsinə də münasibət bildirib:
“Birinci hissədə oyuna yaxşı nəzarət edirdik. Düzdür aşkar qol vəziyyələri yarada bilmirdik. Elə anlar olur ki, oyunun axarını dəyişir. Bu da Culianoya qarşı olan penalti idi. Say üstünlüyünə yiyələndikdən sonra situasiyadan istefadə edə bildik. Conatan Devid fərqləndi, sonra onlar qollardan birinin əvəzini çıxdılar.
Mourinyonun şərhi ilə bağlı deyəcəyim bir şey yoxdur. Bunlar oyunun bir hissəsidir. Bəzən işlər istədiyin kimi gedir, bəzən də yox. Hakimlərə hörmətsizlik etmək olmaz. Hər şeyə yol verilmir – adın Mourinyo olsa belə”.







