featured-image-84488

“Liverpul” yanvar transfer pəncərəsində “Monako”nun senqallı yarımmüdafiəçisi Lamine Kamaranı heyətinə qatmaq üçün 50 milyon avronu aşan rəsmi təklif hazırlayır.

Msport.az xəbər verir ki, ötən yay “Çelsi” də Senqal milli komandasının üzvünü transfer etməyə çox yaxın olsa da, sonradan diqqətini “Bornmut”dan Aleks Skotta yönəldib.

Mersisaydlılar “Çelsi”nin planlarını dəyişməsindən istifadə edərək gənc yarımmüdafiəçi ilə müqavilə imzalamağa çalışırlar.

“Liverpul” rəhbərliyi bu transferlə yarımmüdafiə xəttindəki rəqabəti daha da artırmağı hədəfləyib.

Bənzər xəbərlər