featured-image-82356

“Real”ın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının liqa mərhələsinin ilk turunda “İnter” üzərində qələbəni (2:1) şərh edib.

Msport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis daha böyük hesabla qələbə qazana biləcəklərini deyib:

“Düşünürəm ki, futbolçular fantastik iş gördülər və ağır oyunda qələbə qazandılar. Darıxdırıcı oyun olmadı.

Birinci hissənin son dəqiqələrində hesabda 3:0 öndə ola bilərdik, hətta hesabı 4:0 və ya 5:0-a dəyişməyimiz mümkün idi. Futbolçularımı tərifləmək istəyirəm, çünki komanda məhz üzərində məşq edir. Biz təzyiq göstərəcəyimiz anları, həmçinin presinqin harada və necə həyata keçiriləcəyini və hansı oyunçuların buna cəlb olunacağını seçirik”.

 

Bənzər xəbərlər