"Həvəskarlarda Maquayr səviyyəsində 3 futbolçu tapa bilərəm" - Van der Vart
“Real”, “Tottenhem”, “Ayaks” kimi klublarda oynamış Rafael van der Vart “Mançester Yunayted”in və İngiltərə millisinin müdafiəçisi Harri Maquayr haqqında danışıb.
Msport.az “Mirror”a istinadən xəbər verir ki, Niderland yığmasının sabiq üzvü 29 yaşlı futbolçunu kəskin tənqid edib:
“Əgər bazar günü həvəskarların görüşünə gedib baxsam, onun səviyyəsində oynayan 3 nəfər tapa bilərəm. Ciddi deyirəm. Məncə, o hər gün evə gələndə həyat yoldaşına deyir ki, “pis gündə oynayıram, amma mənə yaxşı pul verirlər. Yəqin elə fikirləşirlər ki, yaxşı oynayıram”.
Hələ 2019-cu ildə Millətlər Liqasında Maquayrın oyuna baxmışam və fikirləşmişəm, nə zəifdir. Ondan bir neçə gün sonra onu 90 milyon avroya satdılar. Bu, mənə çox mənasız gəldi. Bunu “Sky Sports”-un efirində də demişdim, amma ondan sonra məni bir də çağırmadılar. Bütün İngiltərə üstümə gəlirdi. İndi mənə elə gəlir ki, artıq hamı anlayıb – o, həqiqətən elə də yaxşı oyunçu deyil”.