Höccət Haqverdi yenidən Azərbaycan Premyer Liqasında
“Neftçi”dən ayrılan Höccət Haqverdi yenidən Azərbaycan Premyer Liqasında çıxış edəcək. Msport.az xəbər verir ki, 32 yaşlı müdafiəçi yenidən “Sumqayıt”ın şərəfini qoruyacaq.
2020-2021-ci illər mövsümündə “Sumqayıt”la bürünc medal qazanan İran əsilli futbolçu 2 illik müqaviləyə imza atıb.
Höccət köhnə-yeni komandasında 3 nömrəli formanı geyinəcək.
Azərbaycan pasportu da olan futbolçu milli komandamızda 24 oyunda 1 qol vurub.